star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

“Sea Breeze”dəki kazinoya bu şəxslər buraxılmayacaq

“Sea Breeze”in təsisçisi Emin Ağalarov burada fəaliyyət göstərəcək kazino barədə daha bir məlumat verib.

O, rəsmi instaqram hesabında yaranan bəzi suallara aydınlıq gətirib.

Ağalarov qeyd edib ki, kazinoya 21 yaşından kiçik heç kim buraxılmayacaq.

Təsisçi onu da bildirib ki, Gürcüstanda kazinolarda oynayanların 17 faizi azərbaycanlılardır. O, ən azından turizm potensialına görə bu işi ölkəyə qaytarmaq istədiyini qeyd edib.

Ağalarovun sözlərinə görə, bu gün kazinosuz turizmin inkişafı bütün dünya təcrübəsindən geri qalır:

“İstəyirik ki, heç vaxt buraya gəlməyəcək əcnəbilər burada oynasınlar, beynəlxalq poker turnirləri keçirək. Monako, Makao, Şimali Kipr və Las-Veqasla yanaşı, kazinoların sayına görə beşinci nöqtə olacağıq. Bu, bizə imkan verəcək ki, bu ilin sonuna qədər bir çoxu bu gün Azərbaycanda mövcud olmayan ən azı 12 beynəlxalq hotel operatoru ilə müqavilə imzalayaq və onları “Sea Breeze”də mehmanxana biznesi kimi birləşdirək.

Mövsüm xaricində bu hotellər turistlərlə dolu olacaq, turistlər də pul xərcləyirlər. Müvafiq olaraq, daha çox iş yeri, dövlət üçün daha çox vergi və daha çox turist. Bu da ölkəmizin çiçəklənməsidir”, - Emin qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər