Bakıda qardaş qardaşı qətlə yetirdi
Dərc olunub:
3-07-2025, 12:25
Bakıda qardaş qardaşı qətlə yetirib.
Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.
Orada yaşayan Amin Nuri 1996-cı il təvəllüdlü qardaşı Aslan Nurini öldürüb.
Amin Nuri daha sonra könüllü şəkildə polisə təslim olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər