Şahbuzda 69 yaşlı qadın göldə boğulub
Dərc olunub:
3-07-2025, 11:49
Şahbuz rayonunda yaşlı qadın göldə boğulub.
Hadisə rayonun Şahbuzkənd ərazisində yerləşən göldə qeydə alınıb.
Kənd sakini, 1956-cı il təvəllüdlü Nəbiyeva Ətlas Əli qızı kənddə olan göldə boğulub.
Faktla bağlı araşdırma aparılır.