"Şahdağ Quba"nın prezidenti İstanbulda ölü tapıldı
Dərc olunub:
27-06-2025, 16:41
Keçmiş "Şahdağ Quba" futbol klubunun prezidenti Xanbaba Daşdı ölü tapılıb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, klub prezidentinin ötən gün Türkiyənin İstanbul şəhərində meyiti aşkarlanıb.
Yaxınları faktı təsdiqləyib.
Qeyd edək ki, ötən gün Xanbaba Daşdı özünə aid sosial şəbəkə hesabında intihar edəcəyi ilə bağlı video paylaşıb.