star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Qaziyə QAİ-nin üzvlük vəsiqəsini təqdim edilib

Salman Sadıq oğlu Xudaverdiyev - 10 avqust 1971-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində dünyaya gəlib. Uşaqlıq illərini doğulduğu kənddə keçirən Salman, orta məktəbi elə Qovuşuqda tamamlayıb.

1988-ci il hadisələrindən sonra doğma yurdunu tərk edərək, məcburi köçkün kimi Azərbaycanda məskunlaşıb. 1989-1991-ci illərdə isə Rusiyanın Maqnitoqorsk şəhərində hərbi-hava qüvvələrində xidmət edib.

1991-ci ildə Vətənə dönən Salman Xudaverdiyev, elə həmin il I Qarabağ müharibəsinə qatılıb və Xüsusi Təyinatlı Qüvvələrdə xidmət göstərib. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb.

Aradan illər keçsə də, vətən sevgisi sönməyib. 2020-ci ildə baş vermiş Vətən müharibəsində Tərtər, Suqovuşan, Şuşa, Cəbrayıl, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə, birinci Qarabağ müharibəsində qazandığı təcrübə ilə birinci bələdçi kimi iştirak edib.

Hadrut döyüşləri zamanı yenidən yaralanan Salman Xudaverdiyev bu gün Vətən müharibəsi qazisidir.

Qeyd edək ki, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,Qərbi Azərbaycan icmasının İdarə Heyətinin üzvü, Dərələyəz mahalı Keşişkənd rayon icmasının sədri professor Mahirə Hüseynova, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində Salman Sadıq oğlu Xudaverdiyeve QAİ-nin üzvlük vəsiqəsini təqdim etmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər