Eldar Əzizov partlayışdan danışdı: Hər halda olmamalıydı...

"Hadisənin baş vermə səbəbini birmənalı şəkildə demək indi mümkün deyil".

Avrasiya.net xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "Azərbaycanfilm" kinostudiyasının həyətində baş verən partlayış və yanğınla bağlı danışarkən deyib.

O qeyd edib ki, ekspertlərin rəyini gözləmək lazımdır:

"Fövqəladə Hallar Nazirliyinin ekspertləri işləyirlər, onlar hadisə yerindədirlər. Yəqin, səhərə yaxın nəsə biləcəyik. Hər halda olmamalıydı, amma oldu da", - Eldar Əzizov hadisə yerində İTV-yə bildirib.

Qeyd edək ki, iyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib. Daha sonra yanğın başlayıb. Yanğın söndürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər