Elmi-Tədqiqat İnstitutunda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda tədbir keçirilib.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin açılışını institutun direktoru, professor İbrahim Cəfərov edib. O, çıxışında Azərbaycanın dövlətçilik tarixində Silahlı Qüvvələrin rolunu vurğulayaraq qeyd edib ki, müstəqil dövlətin möhkəmlənməsində və qorunmasında güclü ordu əsas dayaqlardan biridir. Direktor bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan vətənpərvərlik ruhu və peşəkar ordu modeli bu gün də uğurla davam etdirilir.
İbrahim Cəfərov çıxışında həmçinin qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu təkcə ölkənin ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionda sülhün və sabitliyin əsas təminatçısına çevrilib. “Güclü orduya sahib olmaq yalnız hərbi deyil, eyni zamanda siyasi və ideoloji üstünlükdür. Bu güc bu gün müstəqil Azərbaycanın təhlükəsizliyinin əsas təminatçısıdır,” – deyə o vurğulayıb.

Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçısı, institutun şöbə müdiri Mahal Kazımov öz döyüş xatirələrini bölüşüb, Azərbaycan əsgərinin şücaəti, vətənə sədaqəti və torpaqlarımız uğrunda göstərdiyi fədakarlıqdan bəhs edib. O, xüsusilə gənc nəslin milli ruhda, vətənpərvərlik dəyərləri əsasında tərbiyəsinin önəmini diqqətə çatdırıb.

Tədbir çərçivəsində institutun əməkdaşları – Nurlana Məmmədova, Nigar Qədimova, Rumiyyə Məmmədrzayeva, Namiq Əliyarov və Aytən Məmmədova da çıxış ediblər. Onlar Silahlı Qüvvələr Günü münasibətilə fikirlərini bölüşüb, müasir Azərbaycan Ordusunun gücünü, keçdiyi şərəfli yolu və qazandığı qələbələri vurğulayıblar. Çıxışlar zamanı şəhidlərin müqəddəs xatirəsi dərin ehtiramla yad edilib, orduya olan inam və qürur ifadə olunub.

Tədbir vətənə sevgi, dövlətə sədaqət və orduya ehtiram ruhunda yekunlaşıb.





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər