Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladıBakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.

Avrasiya.net Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində baş verib.

2008-ci il təvəllüdlü, 10-cu sinif şagirdi R.N. Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı yolunda yerləşən marketin qarşısında söyüş söyüb. Həmin vaxt dayanacaqda olan Cavid adlı şəxs ona söyüş söyməməyi xahiş edib və nəticədə R.N. onunla mübahisə edib. Bu vaxt yeniyetmənin dayısı həmin ərazidə olub, mübahisəyə görə Caviddən üzr istəyib.

Hadisədən sonra R.N. kəsici-deşici alətlə silahlanaraq hər gün həmin dayanacağa gələrək Cavidi gözləyib.

Bir gün Cavid dayanacaqda telefonla danışarkən yeniyetmə arxa tərəfdən yaxınlaşaraq ona ayağından bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.N. saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə R.N. 2 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 1 il 6 ay şərti cəza verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər