Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir

Uzun illər Ermənistanda əsirlikdə olmuş Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında münaqişə yaranıb.

Avrasiya.net-in məlumatına görə, Teleqraf-a danışan Kürdoğlu Əsgərov bildirib ki, bir neçə gün öncə atası Şəmkirdə yerləşən bazarlardan birinə əlində balta ilə gələrək onu axtarıb. Daha sonra isə o, oğlunun yaşadığı evə gəlib və onu hədələyib.

"Atam əsirlikdən qayıdan gündən mənə sanki düşmən kəsilib. Şəmkir bazarında fəhləliklə məşğulam. Bir neçə gün öncə bazarda məni axtarırmış. Sonra yaşadığım evə gəldi, məni öldürməklə hədələdi. Mən cavab qaytarmadım, dedim əsəbidi, keçər. Bir neçə dəqiqə sonra kiçik qardaşımla birlikdə gəlib mənim suyumu kəsdi. Hərəkətləri qonşumun evində olan müşahidə kamerasına düşüb", - oğul Əsgərov bildirib.

Şəmkir rayon Polis Şöbəsinə müvafiq məlumat verdiyini deyən K.Əsgərovun sözlərinə görə, atası ona böhtan da atır:

"Yeddi il atamdan ötrü əziyyət çəkmişəm. Atam əsirlikdə olanda altı pay torpağından ikisini anam mənə verdi ki, evin böyük oğlusan, özünə ev tik. Mən də min bir əziyyətlə bu evi tikdim. Atamın azadlığı üçün bütün beynalxalq tədbirlərdə onun haqq səsini çatdırmağa çalışmışam. İndi atam məni şantaj edir ki, nazirlər sənə 200 min manat pul göndərib, sən də onları yemisən. Mən mətbuat vaistəsi ilə müraciət edirəm ki, hansı nazir və ya vəzifəli şəxs mənə pul verib, bilim" .

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər