Sahibsiz itlər baş redaktora hücum ediblər

Gəncə şəhərində sahibsiz itlərlə bağlı narahatlıq doğuran vəziyyət davam edir. Profilaktik tədbirlərə baxmayaraq, bu heyvanların yaşayış məntəqələrində sərbəst və nəzarətsiz dolaşması sakinlərin həyatına real təhlükə yaradıb.

Avrasiya.net xəbər verir ki, son olaraq, Qarabağ qaziləri İctimai Birliyinin Gəncə şəhər Qarabağ qaziləri filialının sədr müavini, ehtiyatda olan polkovnik-leytenant, PatriotNews.az saytının baş redaktoru Ceyhun Əliyev sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə Natəvan qəsəbəsində, Atabəylər prospektində — Şahzadə və Sərin şadlıq saraylarının yaxınlığında baş verib. Kütlə halında hücum edən itlərdən biri Ceyhun Əliyevə xəsarət yetirib.

Zərərçəkənə ilkin tibbi yardım Gəncə şəhər Akademik Zülfüqar Məmmədov adına xəstəxananın acil (təcili yardım) bölməsində göstərilib. O, peşəkar tibbi müdaxiləyə görə həkim Mirqalib Seyidova və tibb bacısı Aynur Qurbanovaya öz təşəkkürünü bildirib.

Hadisənin baş verdiyi ərazi sıx yaşayış zonasıdır və sakinlər artıq sərbəst şəkildə küçəyə çıxmaqdan çəkinirlər. Axşam saatlarında qadınlar, yaşlılar və uşaqlar üçün vəziyyət daha da təhlükəli olur. Valideynlər övladlarını tətildə belə küçəyə buraxmaqdan ehtiyat edirlər.

Sahibsiz heyvanlara münasibətdə humanist yanaşma mütləqdir, lakin bu, insanların təhlükəsizliyi hesabına olmamalıdır. Artıq bu məsələ təkcə sosial deyil, həm də ciddi ictimai təhlükəsizlik probleminə çevrilib. Qanunvericilik və icra strukturlarının koordinasiyalı şəkildə və gecikmədən hərəkətə keçməsi zəruridir.

Bu gün jurnalistə hücum oldu, sabah bir məktəbliyə ola bilər – tədbir dərhal görülməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər