"Molla mənim yaşımdadır, qızım geri qaytarılsın”

Xəbər verdiyimiz kimi, Abşeronda 16 yaşlı qız yaşadığı Aşağı Güzdək qəsəbəsinin mollası tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Avrasiya.net xəbər verir ki, qaçırılan qızın atası Emin Babayev Den.az-a açıqlamasında qəsəbə məscidinin imamı Turab Tahirovu illərdir tanıdığını deyib.

Qızının hazırda Göyçayın Qaraməryəm kəndində olduğunu deyən ata hadisənin iyunun 17-də baş verdiyini bildirib. O, qızının qaçırılmasının əvvəlcədən planlaşdırıldığını qeyd edib:

“Hadisədən əvvəl qızımın məktəbdə son zəng tədbiri olub, ondan bir gün sonra məscidə kitab vermək üçün gedib, həmin gün də Göyçaya qaçırılıb. Məsciddə dini dərslər alırdı və gələcəkdə dini təhsil almağı planlaşdırırdı. Qızımın 16 yaşı var, məscidin imamı onu toruna salıb. O, əvvəllər ailəli olub və boşanıb. O, mənim yaşımdadır, qızımdan yaşca çox böyükdür, istəyirəm övladım geri qaytarılsın”.

E.Babayevin sözlərinə görə, baş verən hadisədən sonra molla tutduğu vəzifəsindəndə azad edilib. O əlavə edib ki, qızı Göyçaya qaçırıldıqdan sonra telefonla ailəsinə zəng edib və ona orada toy keçiriləcəyini, ailə quracağını deyib.

Qızın ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər