Azərbaycanlı barmen iş yoldaşını öldürdü - Foto
Dərc olunub:
20-06-2025, 12:32
Türkiyədə azərbaycanlı barmen qətl törədib.
Avrasiya.net lent.az-a istinadla xəbər verir ki, hadisə Antalya şəhərinin Alanya qəsəbəsində baş verib.
Azərbaycanlı barmen M.M. ilə iş yoldaşı Mustafa Arslan arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı M.M. əlindəki pəncərə şüşəsi ilə Mustafanın boğazını kəsib. Nəticədə o, hadisə yerində keçinib.
M.M. isə polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.