Oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyi qadının bir gözü kor oldu

Oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyi qadının bir gözü kor olduTanınmış oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyi qadının sol gözü görmə qabiliyyətini itirib.

Məsələ ilə bağlı "Unikal"a müraciət edən gənc xanım bildirib ki, əməliyyat ötən il icra olunub:

""Caspian Hospital"da işləyən göz həkimi Cahid Şahbazov tərəfindən yanlış göz müayinəsi və diaqnozu, həmçinin onun tərəfindən həyata keçirilən savadsız əməliyyat nəticəsində sol gözüm yararsız vəziyyətə düşüb. Görmə qabiliyyətimi itirmişəm, əzələ və sinirlərim iflic olub. Şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq-mühafizə orqanları tərəfindən təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunub ki, əməliyyatdan əvvəl gözümdə Cahid Şahbazovun təyin etdiyi xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb. Tamamilə sağlam imiş.

Səbail rayon prokurorluğunda araşdırılan iş hələ də məhkəməyə göndərilməyib. Xahiş edirəm ki, bu iş yekunlaşdırılaraq məhkəməyə göndərilsin.

Onu da qeyd etmək istəyirəm ki, mənim timsalımda Cahid Şahbazovun qurbanı olan yüzlərlə xəstələr var. C.Şahbazov isə onlara deyir ki, siz mənə heç nə edə bilməzsiniz", - deyə o qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər