Beynəlmiləlçi döyüşçülər sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Sosial şəbəkələrdən istifadə edən şəxslərin nəzərinə!
Çox təəssüflər olsun ki, son günlərdə İsrail-İran arasında ağır insan itkiləri ilə başlanmış və bu gün də davam edən müharibə haqqında soaial şəbəkələr İran tərəfdarı, ya da İsrail tərəfdarı olmaq yarışı gedən meydana çevrilib.
Bəzi xarici dövlətlərin agentura şəbəkələrinin əməkdaşları İsrail-İran müharibəsindən su-istifadə edərək Azərbaycan, İran və İsrail dövlətləri arasında yaranmış dostluğ əlaqələrini pozmağa çalışırlar.
Buna isə qətiyyən yol vermək və şərait yaratmaq olmaz.
Unutmamalıyıq ki, Azərbaycan dövləti həm İranla, həm də İsraillə dost və tərəfdaş münasibətlərinə malikdir.
Sosial şəbəkələrdə paylaşdığımız hər söz, tutduğumuz hər mövqe əhəmiyyət daşıyır. Emosiyalarla deyil, məsuliyyətlə davranmaq vaxtıdır.
Dövlətimizin rəsmi mövqeyini gözləmək, milli maraqlarımızı və İranda yaşayan 30 milyondan artıq soydaşlarımızı düşünmək hər birimizin borcudur.
Unutmayaq: biz 31 il davam etmiş Qarabağ müharibəsinin acı fəsadlarını yaşamış azərbaycanlılar fərd olaraq da, vətəndaş məsuliyyətimizi daşıyırıq.
Bu gün İsrail-İran dövlətlərinin biri- birinə atdıqları iri həcmli ballistik raketlərin və 100-lərlə atılması duranların partlamalı nəticəsində Tehran, Təbriz, Təl-Əviv və başqa şəhərləri xarabalıqlara çevirillərək çox saylı insan ölür, vətəndaşları isə ağlayaraq fəryad qoparırlar.
Azərbaycan dövlətinin və xalqının rəsmi mövqeyi olan sülh və sabitlik yolunda sözümüz də ölçülü-biçili olmalıdır.
Çünki İsrail-İran müharibəsinin ağır itkiləri Azərbaycana pis təsir edə bilər.
Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun üzvülərini müharibələr görmüş azərbaycanlıları kimi çox narahat etdiyi üçün biz təşkilat olaraq belə təxribatları pisləyirik..
Allah axırını sülhə doğru xeyirli etsin. Amin inşəllah.
Hörmətlə,
Sərraf Orucov
Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti