III qrupda keçid balları artacaq - DİM sədri

III qrupda keçid balları artacaq - DİM sədri“Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bala qədər artacaq”.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə AzTV-nin “Hədəf” verilişində deyib.

Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət təxminən əvvəlki kimi olacaq: “Düşünürəm ki, I və IV ixtisas qruplarında da ballar ötənilki səviyyədə olacaq.

DİM sədri əlavə edib ki, ümumilikdə müsabiqəyə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslər buraxılacaq.

M.Abbaszadə qeyd edib ki, ümumilikdə kimlərin müsabiqəyə buraxılması, ərizə verənlərin sayından asılı deyil:

“Bütün imtahan nəticələri elan olunandan sonra müqayisə edilə bilər ki, müsabiqəyə kimlər buraxılsın. Müsabiqəyə isə iki imtahan nəticəsinə görə 200-dən çox bal toplayan abituriyentlərin sayı təsir göstərəcək”.

O əlavə edib ki, I cəhd imtahanında 3-cü qrupda mindən çox abituriyent 600 baldan yuxarı nəticə göstərib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər