"Tarixi zəfərin ideoloji əsaslarının təhlili” - FOTOLAR

Bu mövzuda “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi Bakı şəhərində tədbir keçirdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Konstitsiya və Suverenlik ili" çərçivəsində “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi “Tarixi zəfərin ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində Səbail rayonu 7 saylı orta məktəbdə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin əməkdaşı Qismət İsmayılov ilk öncə Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və suverenlik” ili elan edilməsinin önəmindən daşınıb. Bildirib ki, 2025-ci ilin “Konstitusiya və suverenlik” ili elan edilməsi hüquqi islahatların daha sistemli həyata keçirilməsi və vətəndaşların hüquqi biliklərinin artırılması məqsədi daşıyır: “Bu il konstitusiyanın qəbulunun 30 ili, suverenliyimizin təmin olunmasının 5 ili tamam olur. Qürurverici tariximizi yaşayırıq. Çünki ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsinə nail olub”.

Təqdirdə qonaq qismində iştirak edən İ.Əliyev 44 günlük Vətən müharibəsi ilə suverenliyimizin təmin olunduğunu söyləyib. O gənclərin Vətənə, dövlətə vətənpərvərlik ruhunda tərbiyə olunmasında məktəbin, cəmiyyətin mühüm rol oynadığını da söyləyib.

Məkətəbin şagirdləri Amin Abbasov, Sədaqət Əliyeva, İlqar Rəhimli, Emin Hüseynli və digər çıxış edənlər 44 günlük zəfər yolundan danışıblar və qazanılan hərbi, siyasi, diplomatik qələbə ilə qürur düyduqlarını bildirdilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər