AK Partiya heyəti Bakıda şəhidlikləri ziyarət edib

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Sədr Müavini Efkan Ala başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan paytaxtı Bakıda şəhidlikləri ziyarət edib.

Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərini təsbit edən Şuşa Bəyannaməsinin 4-cü ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Bakıda səfərdə olan Efkan Ala və onu müşayiət edən nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini və İcra katibi Tahir Budagovun müşayiəti ilə həyata keçirilən səfər çərçivəsində heyət daha sonra 20 Yanvar şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanını və Qafqaz İslam Ordusunun şəhidlərinə məxsus xatirə məzarlarının yerləşdiyi Bakı Türk Şəhidliyini ziyarət edib.

Ziyarətdə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel də iştirak edib.

Efkan Ala ilə yanaşı, AK Partiyanın digər sədr müavini Zafer Sırakaya və İstanbul millət vəkili Şamil Ayrımın da daxil olduğu nümayəndə heyəti sabah Şuşa Bəyannaməsinin 4-cü ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər