Bakıda ilk dəfə Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi keçiriləcək

Türkdilli dövlətlərin onkoloq alimləri xərçənglə mübarizə mövzusunda müzakirələr aparmaq üçün ilk dəfə bir ayara gələcəklər

İyunun 13-14-də Bakıda türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirmək məqsədi ilə “1-ci Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi” keçiriləcək.

Avrasiya.net xəbər verir ki, Marriott Boulevard Hotel Baku-da təşkil olunacaq tədbir onkoloqları, səhiyyə orqanlarını və elm adamlarını bir araya gətirəcək. Konqres xərçənglə mübarizədə ümumi baxış yaratmaq məqsədi daşıyır.

Konqresin əsas məqsədi türk dövlətlərindən olan onkoloqlar arasında elmi, sosial və mədəni əməkdaşlığı inkişaf etdirməkdir; bilik və təcrübə mübadiləsini artırmaq və xərçəngin erkən diaqnostikasının, effektiv müalicə üsullarının və skrininq proqramlarının ümumi çərçivədə həll edilməsini təmin etməkdir.

Qeyd edək ki, konqresdə Azərbaycan da daxil olmaqla, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan ümumilikdə 500-ə yaxın akademik və səhiyyə qurumu iştirak edəcək.
Avrasiya Onkologiya Dərnəyinin dəstəyi ilə Türkiyədən 100 akademik konqresə qatılacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər