Məktəb direktorları reket jurnalistikanı yemləyir"

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən komitə iclasında bildirib ki, son günlər davamlı olaraq Azərbaycan mətbuatında müəllimlərlə bağlı yazılar gedir. "Davamlı olaraq, müəllimin hədəfə alınması, müəllim tədris prosesindəki fəaliyyətinə, onun psixoloji durumuna ciddi təsir edir", - o qeyd edib.

Komitə iclasda deputat Elçin Mirzəbəyli həmkarının fikirlərinə münasibət bildirib.

“Ceyhun müəllim məktəblərlə bağlı neqativ hadisələrin xüsusi olaraq qabardılmasından danışdı. Məsələnin təhsil tərəfindən olan baxış bucağından danışırıqsa, media tərəfinə də paralel şəkildə yanaşmalıyıq.

Problem həm də müxtəlif məktəblərin özündən qaynaqlanır. Son hadisə ilə bağlı həmin o videonu heç bir media nümayəndəsi çəkməyib, prosesin içində iştirak edən insanlar çəkib və paylaşıblar. Bu məsələyə görə onlar hüquqi məsuliyyət daşıyırlar. Biz bu məsələnin hüquqi cəhətdən həlli istiqamətində hansısa addımların atılmasına səy göstərmişikmi? Yəni media tərəfindən sadəcə mövcud olan hadisə üzə çıxıb. Məsələnin hüquqi tərəfləri də var. Bu neqativ hadisələrin baş verməsi istiqamətində hansı hüquqi addımlar atılıb? Yəni mən onun tərəfdarıyam ki, media neqativ hallara yol verirsə, şübhəsiz ki, qanunvericilik çərçivəsində medianın fəaliyyətinin tənzimlənməsi istiqamətində konkret addımlar atılsın.

Amma onu da qeyd etmək lazımdır ki, məktəblər, xüsusilə regionlardakı məktəblər bizim zamanında mübarizə apardığımız reket jurnalistika ilə əməkdaşlıq edir. Əslində bu problemlərin yaranması da ondan ibarətdir. Reket jurnalistikanı yemləyən regionlardakı həmin o şəxslər, məktəb direktorlarıdır. Ona görə də məsələyə hər iki kontekstdən yanaşmaq lazımdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər