Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Məmmədli ABŞ-nin nüfuzlu Tulane Universitetinin Kimya və biomolekulyar mühəndislik ixtisası üzrə birbaşa doktorantura proqramına qəbul olunub. Gülşən proqram çərçivəsində illik 100 min ABŞ dolları məbləğində təqaüd qazanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı BANM rektoru Elmar Qasımov ictimailəşdirib.

Gülşən bundan başqa, New York University Tandon School of Engineering-dən Kimya mühəndisliyi, İngiltərənin Leeds Universitetindən isə Advanced Chemical Engineering ixtisası üzrə magistr proqramlarına da qəbul dəvəti alıb.

Gülşən Məmmədli 2020-ci ildə BANM-a 658 balla daxil olub.

GreenTech startup və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb.

BANM-da keçirilən Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında II yerə, IV elmi konfransda isə komandası ilə III yerə layiq görülüb.

O, 2023-cü ildə AGAGroup tərəfindən elan olunan qadınlar üçün təqaüd proqramının qalibi olub

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər