Tahir Kərimli yerini gənclərə verəcək

Tahir Kərimli Vəhdət Partiyasının (VP) sədrliyindən gedir.

Avrasiya.net xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında VP-nin təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə deyib. Onun sözlərinə görə, sədr yerini gənclərə vermək istəyir:

"Tahir bəy deyir ki, bu günə kimi işlədik, daha bəsdir, indi yerimizi gənclərə verməliyik. Partiyaya yeni nəfəs gəlsin. Özü partiyadan getmir, hər hansı bir vəzifədə fəaliyyətini davam etdirəcək”.

Fəxrəddin Ağazadənin sözlərinə görə, Tahir Kərimli deputat seçkilərində namizədliyini irəli sürəcək.

Aldığımız məlumata görə, Tahir Kərimli Vəhdət Partiyasının sədri vəzifəsini müavinlərindən birinə etibar edəcək

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər