Qayın qardaşı arvadını yaralayıb
Dərc olunub:
7-06-2025, 22:37
Gədəbəydə qayın qardaşı arvadına xəsarət yetirib.
Avrasiya.net xəbər verir ki, hadisə zamanı 1967-ci il təvəllüdlü Əminə Tağıyeva üz nahiyəsindən kəsici alətlə bir neçə xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağır olduğundan Bakıya göndərilib.
İlkin ehtimala görə, hadisəni qadının qaynı törədib.
Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 70 yaşlı Fəadil İsmayılov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub.
Ekspertizanın rəyindən və müvafiq araşdırmadan sonra məsələyə hüquqi qiymət veriləcək.