Ağdamda müəllim bıçaqlandı

Ağdamda müəllim bıçaqlandıAğdamda orta məktəb müəllimi bıçaqlanıb.

Hadisə ötən gün rayonun Zəngişalı kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Nərimanov Əsəd Gülmalı oğlu mübahisə zamanı həmyerlisi Vasif Səfərov tərəfindən avtomobildə bıçaqlanıb.

Ə.Nərimanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müayinə zamanı məlum olub ki, Ə.Nərimanov qarın boşluğundan, omba hissəsindən, başından və əllərindən xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilərək paytaxta yerləşən xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, Əsəd Nərimanov Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində bədən tərbiyəsi üzrə müəllim işləyir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər