star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Qurban ətini kəsən kimi yemək olmaz - Xəbərdarlıq

Qurban ətini kəsən kimi yemək olmaz - XəbərdarlıqQurban bayramında ət istehlakına diqqətli olmaq həm sağlamlığımızı qorumaq, həm də bayramdan tam zövq almaq üçün vacibdir.

Ölkə.Az xəbər verir ki, qurbanlıq əti istehlak edərkən nəzərə alınmalı məqamlar var.

Türkiyəli qidalanma və pəhriz mütəxəssisi Yasemin Cantimur bildirib ki, qurban kəsildikdən dərhal sonra yemək olmaz, azı 24 saat gözləmək lazımdır. Onun sözlərinə görə, Qurban ətini dərhal yemək həzm sistemində problemlər yarada bilər:

“Çünki kəsiləndən sonra ətlərdə “rigor mortis” adlanan əzələ sərtliyi əmələ gəlir və bu da ətin həzmini çətinləşdirir. Ətin ən azı 24 saat soyuducuda saxlanması həm dadını artırır, həm də həzmini asanlaşdırır”.

Mütəxəssis əlavə edib ki, bayram süfrələrində həddindən artıq ət yemək sağlamlığa mənfi təsir göstərə bilər:

“Hər şeydə olduğu kimi qırmızı ət də həddindən artıq istehlak edildikdə zərərlidir. Ona görə də gündəlik ət istehlakını 100-150 qrama qədər məhdudlaşdırmaq faydalı olardı.
Ətlə birlikdə yüksək lifli qidaların qəbulu həzmi asanlaşdırır və xolesterol səviyyəsini tarazlaşdırır. Yulaflar, paxlalılar, tərəvəzlər və meyvələr xüsusilə həll olunan liflə zəngindir və LDL xolesterini azaltmağa kömək edir.
Ət yüksək temperaturda bişirildikdə birbaşa istilik, kanserogen heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər əmələ gələ bilər. Bunlar uzun müddətdə xərçəng riskini artıra bilər. Əti qaynatmağa, buğlama şəklində və ya sobada bişirilməyə üstünlük verin”.

Diyetoloq deyib ki, qırmızı ətdə doymuş yağda yüksək olduğuna görə bu, ürək xəstəliyi və yüksək qan təzyiqi problemi olan şəxslər üçün risk yarada bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər