39 min aliment borcu yaranan ata məhkəmə zalında həbs edildi

39 min aliment borcu yaranan ata məhkəmə zalında həbs edildiBakıda 39 min manata yaxın aliment borcu yaranan şəxs həbs edilib.

Məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həyat yoldaşına 411 manat aylıq aliment ödəməli olub.

Lakin o, icra məmurlarının dəfələrlə etdiyi xəbərdarlıqlara və tətbiq olunmuş inzibati cəzalara baxmayaraq, ümumilikdə 38 min 139 manat məbləğində aliment borcunu ödəməyib.

Salyan sakini məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, hazırda sürücü işləyir, aylıq gəliri 466 manatdır və maaşının 70%-i aliment kimi tutulur. O, uzun müddət həbsdə olması səbəbindən borcun toplandığını və maddi imkansızlıq ucbatından ödəniş edə bilmədiyini deyib.

Lakin məhkəmə onun arqumentlərini əsaslı saymayaraq, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qəsdən icra etməmə) ilə təqsirli bilib və ona 1 il 8 ay azadlıqdan məhrumetmə cəzası verib.

Məhkəmə həmçinin onun barəsində əvvəllər seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirini “həbs” ilə əvəz edib və şəxs məhkəmə zalından dərhal həbs olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər