İcranın 145 minlik gül aldığı Nigar kimdir?

İcranın 145 minlik gül aldığı Nigar kimdir?Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar” MMC tərəfindən elan edilən tender müsabiqələrinin qalibi məlum olub.

Avrasiya.net Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqələrinin qalibi fərdi sahibkar Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) olub.

Bu şəxs Sumqayıt İcra Hakimiyyəti başçısının tabeliyindəki "Sumqayıt Bulvar” MMC-yə güllər və qazonlar satacaq, həmçinin onların əkilməsini həyata keçirəcək. Nigar Bağırova satacağı güllər və qazonların qarşılığında Sumqayıt Şəhər İcra Hakimiyyətindən 145 min 550 manat alacaq.

Qeyd edək ki, Nigar Bağırova 145 min 550 manata ümumilikdə 22 000 kv.metr qazon (rulon), 5 000 ədəd xrezantema, 10 000 ədəd pirmula, 5 000 ədəd papatya və 15 000 ədəd geran gülləri satacaq.

Əlavə edək ki, Nigar Bağırova son illər davamlı olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə güllər satır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər