Bakıda ər arvadını döyərək öldürdü
Dərc olunub:
1-06-2025, 13:24
Bakının Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, mübahisə zamanı 1991-ci il təvəllüdlü Əmirov Rəşad Böyükağa oğlu kirayə yaşadıqları mənzildə arvadı 2004-cü il təvəllüdlü Vəliyeva Ləman Mehman qızını döyərək öldürüb.
R. Əmirov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bizi Facebookda izləyin