Hərbi vəzifəli şəxslərlə bağlı cinayət işi başlandı: Həbs...

Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.

Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.

Məlumata görə, istintaqla Müdafiə Nazirliyinin hərbi qulluqçusu olan Azad Məmmədovun N saylı hərbi hissənin xidmət rəisi vəzifəsində xidmət etdiyi müddətdə mənimsəmə və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, cinayət işi üzrə davam etdirilən istintaq tədbirləri ilə hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirmiş mülki şəxs Cahangir Hüseynovun müxtəlif hərbi vəzifəli şəxslərlə əlbir olaraq mənimsəmə törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Cahangir Hüseynov və Azad Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Cahangir Hüseynovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Azad Məmmədovun barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri olan bütün tədbirlərin görülməsi, o cümlədən cinayət törətmiş digər şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər