Elmi məqalələrin yazılmasına verilən tələblər" mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində 26-27 may 2025-ci il tarixində elmi fəaliyyətlə məşğul olan müəllimlər və tədqiqatçılar üçün “Elmi məqalələrin yazılmasına verilən tələblər” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlimin əsas məqsədi tədqiqatçıların və müəllim heyətinin elmi yazı bacarıqlarının inkişafına dəstək vermək, elmi nəşrlərə çıxış imkanlarını genişləndirmək və beynəlxalq standartlara uyğun məqalə hazırlama bacarıqlarını təkmilləşdirmək olub.

Təlimin nəzəri hissəsində elmi məqalənin strukturu, tədqiqat probleminin formalaşdırılması, metodoloji çərçivənin qurulması, plagiatla mübarizə, akademik etika və mənbələrlə düzgün işləmə prinsipləri, beynəlxalq indeksli jurnallara məqalələrin təqdim olunması mərhələləri, eləcə də metodoloji tələblər və s. haqqında ətraflı məlumat verilib. Praktik hissədə isə iştirakçılarla birgə real nümunələr üzərində təhlillər aparılıb, məqalə yazılışında rast gəlinən tipik səhvlər göstərilib və onların aradan qaldırılması yolları müzakirə olunub, məqalələrin redaksiya tələblərinə uyğunlaşdırılmasına dair tövsiyələr təqdim edilib.

Praktik yanaşmaların tətbiqi ilə müşayiət olunan təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və interaktiv müzakirələrlə yadda qalıb. Maarifləndirici təlimi Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru Böyükağa Mikayıllı aparıb.

İradə ƏSƏDOVA,
“Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının əməkdaşı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər