Maşından düşəndə boynunu sındırdı, öldü
Dərc olunub:
29-05-2025, 11:11
Kürdəmirdə avtomobildən yıxılan sürücü ölüb.
Mayın 5-də Kürdəmir şəhəri Şəhriyar küçəsi ev 39-un qarşısında orada yaşayan 1967-ci il təvəllüdlü Elman Ənvər oğlu Məmmədov idarə etdiyi “Ford” markalı avtomobildən düşərkən yıxılaraq boyun nahiyəsinə sındırıb.
Xəstəxanaya yerləşdirilmiş E.Məmmədov mayın 28-i ölüb.
Faktla bağlı araşdırma aparılır.