TİKA-dan azərbaycanlı universitet tələbələrinə “Yaşıl Keçid” təlimi keçirilib

TİKA-dan azərbaycanlı universitet tələbələrinə “Yaşıl Keçid” təlimi keçirilibTürk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Çanaqqala On Səkkiz Mart Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün “Yaşıl Keçid” mövzusunda təlim keçirilib.

Çanaqqala On Səkkiz Mart Universiteti tərəfindən 26–30 may tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunan yüksək səviyyəli yaşıl keçid təlimində 30 azərbaycanlı tələbə iştirak edir.

Təlimin açılış mərasimində TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müavini Vazeh Əsgərov, Çanaqqala On Səkkiz Mart Universitetinin müəllim heyəti və tələbələr iştirak ediblər.

Açılışda çıxış edən rektor müavini Əsgərov bildirib ki, təlimlərin keçirildiyi mərtəbə “Azərbaycan–Türkiyə Dostluq Bölməsi” kimi təşkil olunub və hər il Şuşa Bəyannaməsinin ildönümündə universitet olaraq müxtəlif tədbirlər keçirirlər. Əsgərov iki ölkə arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verən bu cür təlimlərin keçirilməsinə görə TİKA-ya və Türkiyəyə təşəkkür edib.

TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik isə bildirib: “TİKA, ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və gənclərin bu sahələrdə maarifləndirilməsi istiqamətində bir çox ölkədə olduğu kimi, Azərbaycanda da mühüm layihələr həyata keçirir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də təhsil aldığı bu universitetdə təşkil etdiyimiz təlim proqramının, ətraf mühitə həssas peşəkarların və vətəndaşların yetişməsinə töhfə verəcəyinə, eyni zamanda ölkələrimiz arasındakı dostluq və əməkdaşlığı daha da möhkəmləndirəcəyinə inanırıq”.

Çevrimdaxili təlim, yüksək səviyyəli əyani təlim və Türkiyədə staj olmaqla üç mərhələdən ibarət təşkil olunan təlim proqramının ilk mərhələsini – çevrimdaxili təlimi uğurla başa vuran 30 tələbə hazırda yüksək səviyyəli əyani təlimdə iştirak edir. Bu mərhələdə uğur qazanan 5 tələbə yay aylarında staj keçmək üçün Türkiyəyə göndəriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər