Göbələk yedikdən sonra halı pisləşən kişi öldü - Foto
Dərc olunub:
29-05-2025, 09:58
Ağdam rayon sakini qida zəhərlənməsi nəticəsində həyatını itirib.
Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Murad Oruc oğlu Əsədov göbələk yedikdən sonra halı qəfil pisləşib.
O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.