DGKA-da 28 May – Müstəqillik Günü qeyd olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!” adlı tədbir keçirilib. Tədbirdə Akademiyanın və Bakı Gənclər Mərkəzinin rəhbərliyi, Akademiyanın əməkdaşları, tələbələri, şəhid ailələri və Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində iştirak edən əməkdaşları iştirak ediblər.

Tədbirdə öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edərək 107 il öncə qurulan cümhuriyyətin çoxəsrlik dövlətçilik ənənələrimizin davamı olduğunu vurğulayıb. Q. Novruzov çıxışında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətimizin əbədiliyinin təmin olunduğunu, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qəhrəman oğullarımızın canı-qanı bahasına ölkəmizin suverenliyinin tam bərpa olunduğunu qeyd edərək Azərbaycan xalqının rifahının, əmin-amanlığının davamlı olmasını arzu edib.

Vətən müharibəsi qəhrəmanı şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova və şəhid polkovnik Rəşad Quliyevin anası Mətanət Quliyeva Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərimizin qəhrəmanlığından qürurla bəhs edərək, gənclərə müstəqil dövlətimizin inkişafı üçün səylə çalışmağı tövsiyə ediblər.

Daha sonra ictimai-sosial fəaliyyətdə fərqlənən tələbələr Akademiya rəisi tərəfindən fəxri fərman və sertifikatlarla təltif ediliblər.

Tədbir bədii hissə ilə davam edib.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər