star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bakı Atatürk Liseyində unudulmaz anlar

Bu günlər 4-cü sinif şagirdləri üçün unudulmaz anlar yaşanır. Çünki onlar ibtidai sinifi uğurla başa vuraraq yeni bir mərhələyə qədəm qoyurlar. Bu illər ərzində oxumağı, yazmağı, birgə olmağı və dostluğu öyrənən şagirdlər yeni mərhələyə həyəcanla addımlayırlar.

Belə bir həyəcanlı anlar Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində də yaşanıb.

Liseydən verilən məlumata görə, bununla bağlı keçirilən mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin, Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.

Sonra çıxış edən liseyin rəhbərliyi şagirdləri yeni bir mərhələyə qədəm qoymaları münasibətilə təbrik edib. Bildirilib ki, 4-cülər bu illər ərzində müəllimlərinin əməyi və zəhməti sayəsində biliklərlə silahlanaraq gələcəyə inamla baxırlar. Hər bir şagirdin gözündə sevinc və bir az da həyəcan var.

Daha sonra söz 4-cülərə verilib. Onlar hazırladıqları rəngarəng və bir birindən maraqlı rəqs nömrələri, o cümlədən səhnəciklər nümayiş etdirib, nəğmələr ifa edib və şeirlər söyləyiblər.

Məlumata görə, Zeybek rəqsi, vals, ingilis dilində mini tamaşa, türk dünyası bayraqlarının səhnəyə gətirilməsi və s. bir-birindən maraqlı təqdimatlardan sonra şagirdlərə 4-cü sinifi başa vurmalarına dair müvafiq sənəd təqdim edilib, həmçinin məzun andı içilib və məzun mahnısı oxunub.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər