Əməkdar müəllim sirkə turşusundan zəhərlənib öldü
Dərc olunub:
25-05-2025, 22:19
Göygöl rayon 1 nömrəli tam orta məktəbin müəllimi 1963-cü il təvəllüdlü Dilarə Qazıyeva vəfat edib.
Səhhətində problem yaranan müəllim yaxınları tərəfindən Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, qadın sirkə turşusundan zəhərlənib və vəfat edib.
Qeyd edək ki, Azərbaycan dili və Ədəbiyyat müəllimi olan D.Qazıyeva fəaliyyəti dövründə "İlin müəllimi” və “Əməkdar müəllim” adlarını qazanıb.