star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Anası Elgünün mesajlarını göstərdi - VİDEO

Anası Elgünün mesajlarını göstərdi - VİDEO“Hadisə baş verən günü Elgünlə mesajlaşmışıq. İnformatika hazırlığında idi. Orada olanda da yazışmışıq. Hazırlıqdan çıxandan sonra da danışdıq. Dedi, ana, çıxdım, gedirəm rəqsə. Dedim evə get, yemək ye. Ac olmadığını, piyada getdiyini söylədi”.

Avrasiya.net xəbər verir ki, bu sözləri mayın 12-si axşam saatlarında Gəncədə yaralı halda tapılan və xəstəxanada vəfat edən 18 yaşlı Elgün İbrahimovun anası RTV-yə açıqlamasında deyib.

O bildirib ki, Elgün rəqsdən sonra trenajora getməli imiş: “Saat 6-7-yə qalmışa qədər gözlədim, zəng vurdum, zəng çatmadı. Narahat oldum. İnformatika müəlliminə zəng vurdum ki, hazırlıqda birlikdə çıxdığı uşaqların nömrəsini götürüm. Qardaşıma, digər oğluma da zəng vurdum ki, gedin ətraf ərazilərə baxın, bəlkə, Elgünü hardasa görərsiniz. Gecə saat 1-də də oğlumla Elgünü axtarmışıq.

Elgünün davranışlarında da heç bir dəyişiklik yox idi. Biz söhbət edirdik, “Son zəng”ə hazırlaşırdıq. Demişdi ki, mənə 2 dəst paltar alarsan “Son zəng” üçün. Danışırdıq ki, ona qonaqlıq verəcəyəm. Dostlarından da kimi istəsən, çağırarsan. Hərəkətlərində qeyri-adi heç nə yox idi. Nə fikirli, nə aqressiv, nə də problemli idi. Hər şey normal idi. Mən anayam, onun səsində hansısa həyəcan hiss edə bilərdim, amma o da yox idi. Yad adamın belə problemini, dərdini hiss eləmək olur. Onsuz da mən narahat ana idim. Hər gün, bəlkə də, 10 dəfə, 20 dəfə zəng vururdum Elgünə. Bir şey olsa, mən onu hiss edərdim. Dünya susmasın, mənim balamın qanı yerdə qalmasın...”

Daha ətraflı videomaterialda:

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər