Gənc oğlan Musabəyov parkında bıçaqlandı
Dərc olunub:
17-05-2025, 08:41
Bakının Yasamal rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Hadisə “Musabəyov” parkı kimi tanınan ərazidə baş verib.
2000-ci il təvəllüdlü Əliyev Nicat Əli oğlu dava zamanı bıçaqlanıb. Hadisəni törədən şəxs hadisə yerindən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.