Sürücüsüz avtomobillər Azərbaycanda da olacaq

Azərbaycan qanunvericiliyinə əsasən, avtomobil hərəkətdə olduğu zaman sükan arxasında sürücülük vəsiqəsi olan məsul şəxs mütləq şəkildə olmalıdır. Avtomobil avtopilot rejimində hərəkət etsə belə, sükan arxasında sürücü yoxdursa, bu, qanun pozuntusu sayılır və avtomobil sahibi məsuliyyətə cəlb oluna bilər.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov sürücüsüz idarə olunan avtomobillər barəsində danışarkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanda avtopilot texnologiyasının tətbiqi prinsip etibarilə mümkündür və bunun qarşısında duran əsas maneə hüquqi çərçivənin yenilənməməsidir:

“Sadəcə qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Onsuz da dünyada olduğu kimi, gec-tez bu sistem Azərbaycanda da olacaq. Yaxın gələcəkdə Bakı şəhərində sürücüsüz avtomobillərin hərəkətini görə biləcəyik”.

Eldəniz Cəfərov əlavə edib ki, dünyada bu texnologiya artıq geniş tətbiq olunur və sürücüsüz avtomobillər əsasən taksi xidmətlərində və yükdaşımalarda istifadə edilir:

“Avropa Birliyinin bir sıra ölkələrində, Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində bu texnologiya artıq tətbiq edilir. Azərbaycanda da bu sistemin tətbiqi realdır və mümkündür. Hətta deyərdim ki, bu gedişlə gələcəkdə insanlar avtomobil sahibi olacaqlar, amma avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac qalmayacaq. Çünki avtomobillər tamamilə pilotsuz olacaq və özlərini idarə edəcəklər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər