star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşdı

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsində qurumun ofisində axtarış aparılan zaman istintaq tərəfindən qeydə alınan videogörüntülər nümayiş etdirilib.

Təqsirləndirilənlərin vəkilləri məhkəməyə vəsatətlər təqdim ediblər. Məhkəmə müşavirəsindən sonra vəsatətlər təmin olunmayıb.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Proses mayın 20-də davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər