“Səba” külli miqdarda borca düşdü, rəhbəri dəyişdi

“Səba” külli miqdarda borca düşdü, rəhbəri dəyişdi“Səba” ASC-nin nizamnamə kapitalı azaldılıb və qanuni təmsilçisi dəyişib.

Avrasiya.net "iqtisadiyyat.az"a istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalını 4,8 milyon manatdan 3,6 milyon manata endirib.

Beləliklə, son aylar ərzində “Səba”nın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb.

Eyni zamanda, ASC-nin qanuni təmsilçisi Mehdiyev Elçin Akif oğlu vəzifəsindən azad edilib və onun yerinə Baloğlanov Vüqar Samir oğlu təyin olunub.

Məlumat üçün bildirək ki, “Səba”nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı 432 268,60 manat təşkil edir.

Bu günlərdə “Səba” iyunun 30-u üçün səhmdarlarının növbəti ümumi yığıncağını çağırıb. Ümumi yığıncağın gündəliyinə bir sıra məsələ daxil edilib. Bunlar “Səba”nın ötən il üçün illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi, “Səba”nın təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların və həmin törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması, həmin hüquqi şəxslər olan cəmiyyətlərin əmlaklarının əsas vəsaitlərinin və digər aktivlərinin satılması məsələləridir.

​​​​Xatırladaq ki, “Səba” 1997-ci ildə dövlət qeydiyyatına alınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər