star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Qəbələdə sahibkar sabiq rəis müavinini döydü

Qəbələdə kafe sahibi sabiq polis zabitinə hücum edib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hacalılar kəndində baş verib.

Rayon sakini Səfa Məmmədov (soyad şərtidir) rayon ərazisində 2023-cü ildə kafe işlədib. Rayon polis şöbəsinin əməkdaşları kafedə müqaviləsiz işçi işlətdiyi və müştərilərin siqaret çəkməsinə şərait yaratdığı üçün onu cərimələyib. Sahibkar bir müddətdən sonra cəriməni ödəmək əvəzinə Qəbələ Rayon Polis Şöbəsinin rəis müavinini şantaj etmək qərarına gəlib və bu məqsədlə sosial şəbəkələrdə qərəzli videolar paylaşıb.

Bu üsulla polisə təzyiq göstərə bilmədiyini görən Səfa Məmmədov həmin vaxt rayon polis şöbəsinin rəis müavini olmuş, hazırda təqaüddə olan Ələddin adlı polis zabitinin qohumlarına qarşı kampaniyaya başlayıb.

O məlumat alıb ki, Hacalılar kəndində Ələddinin qohumlarına məxsus mağaza və obyekt var. Sahibkar həmin obyektə hücum etmək qərarına gəlib və sözügedən kəndə yollanıb. Obyektə çatmağa az qalmış o, yolda Ələddinlə rastlaşıb və ona hücum edib, xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəlsələr də, Səfa polisə müqavimət göstərərək onlara da xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S.Məmmədova 1 il 3 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər