star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Cinsi fəallığı təmin edən birinci vasitə...

Cinsi fəallığı təmin edən birinci vasitə...“Məndən tez-tez soruşurlar: “İnsan neçə yaşa kimi cinsi fəallığını qoruyub saxlaya bilər?”. Aktuallığı günbəgün artan bu suala, bir qayda olaraq, dahi Amerika naturopat alimi Pol Breqqin sözləri ilə cavab verirəm. O deyirdi: “Mən 40 yaşlı qoca da tanıyıram, 90 yaşlı gənc də””.

Avrasiya.net-in məlumatına görə, bunu tanınmış loğman Ərşad Əzimzadə bildirib.

O deyib ki, erkəklə dişinin vəhdəti canlı varlıqların mövcudluğunu təmin edir. Bu vəhdət mövcud olmasaydı, bəşəriyətdə nəsil artımı baş verməzdi.

Ə.Əzimzadənin sözlərinə görə, insanlarda cinsi akt həm fiziki, həm də mənəvi tələbatdır.

“Sağlam həyat tərzinin köməyi ilə 9 ağır xəstəliyə qalib gələn və uzun illər gənc qalan amerikalı alim Pol Breqq 95 yaşın içində olanda da hər səhər, sübdən durar, su xizəklərini götürüb sahilə gedər, onları taxıb, şaha qalxan dalğaların üstündə, balıq kimi üzərdi. Axşamlar isə rəqs meydançasına gedib gənc qızları yorardı. Belə günlərin birində güclü qasırğa qalxdı və faciə baş verdi. 95 yaşlı bu gənc yataqda xəstəlikdən ölmədi, təbii fəlakətdən öldü. Onun cəsədini yaran həkimlər şahid oldular ki, 95 yaşlı “qocanın” daxili orqanları, vətərləri və damarları 18 yaşlı gəncinkindən möhkəm və elastikdir.

Deməyim budur ki, zehni fəallıq kimi, cinsi fəallıq da yaşdan deyil, insanın yaşadığı həyat tərzindən asılıdır”, - Ə.Əzimzadə deyib.

Onun sözlərinə görə, hər şeyin başında qida mədəniyəti durur:

“Çörəyi və un məmulatlarını, əti və yağı, şəkəri və şəkərli məmulatları süfrənin şahına çevirən, üstəlik, uzlaşmayan (müxtəlif mədə şirəsi tələb edən) qidaları qarışdıran qadın və kişilər çox erkən qocalır və cinsi fəallığını çox tez itirir. İndi qadınların çoxunda 45-50 yaşda klimaks prosesi başlayır və onlar ana olmaq qabliyyətini itirirlər. Halbuki sağlam həyat tərzi keçirən qadınlar 70-80 yaşda da ana olmaq qabliyyətini saxlayır. Təbiətin əbədi qanunu belədir. Çünki insan uzunömürlü (200-300 il və daha çox) canlıdır.

Qadınların ahıl vaxtda da imitasiya etmək, yataqda özlərini fəal kimi göstərmək və intim əlaqəyə girmək imkanı olduğu halda, erkən “kişilikdən düşən” cavan kişilərin belə imkanı olmur. Onlar öz həyat yoldaşı qarşısında “kişilik borcunu” yerinə yetirə bilmirlər və dərin xəcalət hissi keçirirlər. Bəzən belə hallar ailədə münaqişələrə, hətta, ailənin dağılmasına səbəb olur”.

Ə.Əzimzadə deyib ki, bəzi kişilərdə belə yanlış fikir formalaşıb ki, nə qədər çox ət və yağ yesə, cinsi fəallıq bir o qədər güclü olacaq:

“Əslində isə bunun tərsi baş verir. Çünki ət və yağ ən gec (3-5 saat) həzm olunan qidadır, onlar həzm olunmaq, çevrilmək və mənimsənilmək üçün orqanizmdən külli miqdarda enerji alır. Çoxlu ağır xəstəliyin törəməsinə səbəb olan və ailə büdcəsinə ağır zərbə vuran bu zərəli qidaları çox rahatlıqla qoz, fındıq, badam, şabalıd, fısdıq, yerfındığı və s. İlə əvəz etmək olur. Düz 30 ildi onlar mənim süfrəmin şah nemətinə çevrilib. Nəticə də çox gözəldir”.

Loğmanın sözlərinə görə, əgər cinsi fəallığı təmin edən birinci vasitə düzgün qidalanmaqdırsa, ikinci vasitə faydalı hərəkətdir.

“Hər gün 8-10 kiliometr yerimək (buna az məsafədən başlayıb, artıra-artıra tədricən gəlmək lazımdır), üzmək, yapon alimi Nişinin təmrinlərini (mənim əlavələrimlə bərabər) yerinə yetirmək insanın cismini də, ruhunu da saflaşdırır, cinsi fəallığını artırır. Belə adamın bədənində bir qram artıq ət qalmır, daxil olan enerji (qida) dərhal yanıb enerjiyə çevrilir, o cümlədən, sperma şəkilində bədəndən çıxır. Bədənini ət və piy basan qadında və kişidə təkcə cinsi həvəs deyil, ümumiyyətlə, yaşamaq və yaratmaq eşqi sönür, sağlam düşünmək qabliyyəti ölür, onlar pinti mədənin, pulun, sərvətin və vəzifənin müti quluna çevrilir.

Birdəfəlik yadda saxlayın: damarlarda zəngin qan axmırsa, ana təbiətin yaratdığı ən mükəmməl “aparatı”, yəni, orqanizmi sağlam saxlamaq, yataqda fəal olmaq mümkün deyil. Zəngin qanı isə yalnız sağlam həyat tərzinin köməyi ilə yaratmaq olur. Sağlam həyat tərzinin fəqərə sütunu isə düzgün qidalanmaqdır. Ona elmi dildə pəhriz deyirlər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər