Bloqerlərin reklam etdikləri şirkətin rəhbəri saxlanıldı

Bakıda bir qrup vətəndaşa qarşı Tiktok platformasında "Daşqın əmlak ofisi" adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, tanınmış bloqerlərin reklam etdiyi "Daşqın əmlak ofisi"nin rəhbəri - 29 yaşlı Daşqın Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Xətai Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Vətəndaşlara vurulan zərərin ödətdirilməsi istintaqın diqqətindədir, polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin Tiktok reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdikləri həmin şirkət külli miqdarda vəsaitlərini mənimsəyib. Şikayətçilərin sözlərinə görə, şirkətin verdiyi vədlərə inanmalarında sosial şəbəkələrdəki tanınmış simaların təsiri böyük olub. Zərərçəkənlərdən bəziləri pulu qeyri-rəsmi qaydada verdiklərini desələr də, aralarında notarial təsdiqlə ödəniş edənlər də var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər