Azərbaycanda Hərbi prokuror təyin edilib
Dərc olunub:
13-05-2025, 17:35
Azərbaycanda yeni Hərbi prokuror təyin edilib.
Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəhruz Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.
Qeyd edək ki, bundan əvvəlki Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti ötən ay başa çatıb.