star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

AQC-nin rəhbərliyi formalaşdı

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) mayın 3-də baş tutan VIII hesabat-seçki konfransından sonra Cəmiyyətin İdarə Heyətinin ilk iclası keçirilib.

AQC sədri Vüqar Oruc Cəmiyyətin Nəzarət-Təftiş Komissiyasının (NTK) konfrans sonrası ilk yığıncağının artıq keçirildiyini və Namiq Məmədovun NTK sədri seçildiyini diqqətə çatdırıb. Sədr “AQC ali orqanlarının fəaliyyətini tənzimləyən Əsasnamə” layihəsini təqdim edib və layihə İdarə Heyətinin üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Eyni zamanda sədr Vüqar Orucun AQC rəhbərliyinin yeni tərkibi ilə bağlı sərəncamı da yekdilliklə təsdiq olunub. Fərid Rüstəmov AQC sədrinin birinci müavini, Azər Niftiyev, Nail Həşimov və İbrahim Quliyev sədrin müavinləri, Rüfət Əliyev AQC İcra Aparatının rəhbəri, Orxan Həsənov, Eldar Təhməzov və İradə Şükürova isə AQC sədrinin müşaviri vəzifələrinə təyinat alıblar.

Yığıncaqda AQC-nin gələcək fəaliyyət istiqamətləri ilə bağlı ciddi müzakirələr aparılıb və mühüm qərarlar qəbul edilib. Qurumun dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, biznes subyektləri, assosiativ birliklər, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə əməkdaşlığnının davam etdirilməsi qərara alınıb. VIII hesabat-seçki konfransında nümayəndələrinin fəal şəkildə iştirak etmələri səbəbindən İdarə Heyətinin adından Ədliyyə naziri Fərid Əhmədova, Mərkəzi Bankın sədri Taleh Kazımova, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədova təşəkkür məktubu göndərilməsinə dair qərar qəbul edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər