star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

QHT Qəbələdə rayonunda tarixi-mədəniyyət abidələrin təbliğində bələdiyyələrin fəaliyyətini təkmilləşdirəcək

""Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin icrasına start verib" - bu fikirləri adıçəkilən birliyin sədri Vüqar Tofiqli (Cəfərov) bildirib.

""Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi" adlanan layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli qurulmasına nail olmaqdır.

Sədr bildirib ki, layihə çəçivəsində Qəbələ rayonunda yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliği mövzusunda keçiriləcək görüşlərdə Mədəniyyət və Ədliyyə nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılması nəzərdə tutulur. Bundan başqa layihə çərçivəsində Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında sosial çarx hazırlanacaq. Bu sosial çarxda Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında məlumatlar da öz əksini tapacaq.

Hazırlanacaq sosial çarx müasir texnologiyaların imkanlarından istifadə edərək internet resurslarda və sosial şəbəkələrdə yayımlanacaqdır.

Keçiriləcək görüşlərdə əsasən yeni aşkarlanan tarixi mədəniyyət abidələrinin qeydə alınması, mövcud abidələrin bərpası, mühafizəsi və qorunması istiqamətində görüləcək işlər barədə, o cümlədən müasir informasiya texnologiyaların imkanlarından istifadə edərək tarixi mədəniyyət abidələrinin təbliği istiqamətində görüləcək işlər haqqında müzakirələr aparılacaqdır.

Sədr ümid edir ki, layihə çərçivəsində nəzərdə tutulan işləri vaxtında və layiqincə həyata keçirməklə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agnetliyinin göstərdiyi etimadı doğruldacağıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər