star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ölkə üçün əsas prioritet ərzaq təhlükəsizliyinin təminatıdır

İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru

12 may Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq Bitki Sağlamlığı Günü kimi qeyd olunur.

Qeyd etmək lazımdır ki, bitkilər də insanlar və heyvanlar kimi canlı orqanizmlərdir, onlar da biotik və abiotik stress amillərinin təsiri altında xəstələnir, zərərverici həşəratlar tərəfindən zədələnir, alaq otları tərəfindən müdaxiləyə məruz qalırlar. Bitki xəstəliyi anlayışı alimlər tərəfindən dəfələrlə araşdırılmış sonda belə qərara gəlinmişdir ki, fitopatogen orqanimlərin və ya əlverişsiz mühit şəraitinin təsiri altında hüceyrə, toxuma, orqan, bütövlükdə bitkidə normal maddələr mübadiləsinin pozulması xəstəlikdir. Bu tərif 24507-81 adlı DüİSt- ə uyğundur.

Bitkilərdə infeksion və qeyri-infeksion xəstəliklər inkişaf edirlər. Qeyri-infeksion xəstəliklər yerli və ya loksl xarakter daşıyırlar, bu xəstəliklər əlverişsiz mühit şəraitinin təsiri altında əmələ gəlirlər, infeksion xəstəliklər isə bir neçə gün müddətində böyük sahələri əhatə edir, hətta bir ölkədən digər ölkəyə yayıla bilirlər. Bitkilərdə yüzlərlə xəstəliklər əmələ gəlir, yayılır, son nəticədə istehsal edilən məhsulun kəmiyyət və keyfiyyət göstəriciləri aşağı düşür.

Kənd təsərrüfatı, otaq və ya dekorativ bitkilərdə, ağac və kollarda unlu şeh, yalançı unlu şeh , sürmə, pas, müxtəlif ləkəliklər və s kimi xəstəliklər əmələ gəlir. Bitkilərə ziyan vuran zərərverici həşəratların da sayı on munlərlədir. Gəmirici və sorucu ağız aparatına malik olan zərərvericilərin vurduqları zərər böyük rəqəmlərlə ifadə edilir.

BMT-nin FAO ekspertlərinin məlumatlarına əsasən dünyanın hətta inkişaf etmiş ölkələrində belə istehsal edilən məhsulun 30-32%- i xəstəlik, zərərverici və alaq otlarının təsirindən itkiyə gedir, 10-12% məhsul saxlanma dövrü keyfiyyətini itirdiyəndən çıxdaş edilir. Bununla bərabər dünyada bir mlrd. yaxın insan aclıq və səfalət içərisində yaşayır. Bu nöqteyi nəzərdən bitkilərin zərərverən orqanizmlərdən qorunması milli təhlükəsizlik amili kimi qəbul edilir.

İstənilən ölkə üçün əsas prioritet ərzaq təhlükəsizliyinin təminatıdır, xəstəlik və zərərvericilərin vurduqları real zərər ərzaq təhlükəsizlinin təminatına təhlükələr yaradır. Bu nöqteyi-nəzərdən bitki sağlamlığının təminatı prioritet olmaqla həm də ərzaq təminatının əsas istiqamətlərindəndir.

Gəlin hamılıqla əkdiyimiz bitkiləri qoruyaq, onları sağlam yetişdirək!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər