Arzuxan Əlizadə Sabunçuda növbəti vətəndaş qəbulu keçirib
Dərc olunub:
11-05-2025, 18:07
11 may 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Nikolay Baybakov küçəsində Milli Məclisin deputatı Arzuxan Əli-zadə seçicilərlə növbəti görüşünü keçirmişdir.
Qəbul zamanı vətəndaşlar fərdi şəkildə dinlənilmiş, səsləndirilən müraciətlər diqqətlə qeydə alınmışdır. Hər bir məsələ ilə bağlı müvafiq araşdırmaların aparılması və aidiyyəti qurumlara yönləndirilməsi üçün zəruri addımlar atılmışdır.
Qəbullar zamanı yerli icra strukturları və digər aidiyyəti qurumlarla əlaqəli şəkildə işin təşkili təmin edilir və prosesin ardıcıllığı diqqətdə saxlanılır.
Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.