Yeniyetmə skuterdən yıxılıb öldü
Dərc olunub:
10-05-2025, 23:28
Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.
Avrasiya.net "Report"a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıb.
O, xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.