Arzu Nağıyev Tovuzda vətəndaş qəbulu keçirib
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 10 may tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirildi.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, torpaq və digər məsələlərlə bağlı oldu
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Həmçinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı Ümummilli Liderin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyuldu, abidəni ziyarətə gələn vətəndaşlarla görüş keçirilərək Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə söhbət aparıldı.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.
Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.